"Bako Saakyan və Bakı həbsxanasındakı digərləri sizdən (Ermənistan hökumətindən - red.) qat-qat azad və müstəqildirlər".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan açıqlayıb.
O, Paşinyan hökumətini qorxaq adlandırıb: "Mən hiss edirəm ki, bizim hakimiyyət öz mövqelərini saxlamaq və gücləndirmək, yaxud öz fəaliyyətsizliyini gizlətmək üçün bu məsələni daxili siyasi məsələyə çevirmək istəyir. Bu məsələ hər şeydən əvvəl dar maraqlardan ibarətdir".
Ağarza Elçinoğlu