Erməni bloqer və aktivist İşxan Verdyan Prezident İlham Əliyevə müraciət edərək Azərbaycandan siyasi sığınacaq istəyib.
"Unikal" xəbər verir ki, Verdyan bu barədə "Telegram" kanalında yazıb.
Bloqer bildirib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığına görə Ermənistanda onun barəsində cinayət işi açılıb:
"Hörmətli cənab Prezident,
Nəzərinizə çatdırım ki, Qarabağı açıq şəkildə Azərbaycan tərkib hissəsi kimi tanıdığım üçün Ermənistanda mənə qarşı cinayət işi açılıb. Ermənistan hakimiyyəti mənə ömürlük həbs cəzası vermək istəyir. Onu da nəzərinizə çatdırım ki, Ermənistana qayıtmağım istər-istəməz həbsimə gətirib çıxaracaq və barəmdə elan olunmuş beynəlxalq axtarış Ermənistandakı həbsxanadan başqa istənilən yerdə mənə qapı bağlayır. Mövcud reallıqları nəzərə alaraq və qaçılmaz repressiyalarla bağlı səbəblərə görə Azərbaycanda siyasi sığınacaq vermənizi xahiş edirəm".
Gülayə Mecid