Slovakiyanın baş naziri Robert Fitso Ukraynaya yardım olaraq ayrılan pulun yarısının oğurlandığını bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə Avropa məsələləri üzrə komitənin iclası zamanı bildirib.

"Pulun yarısı oğurlanıb. Biz Avropa Şurasında Ukraynadakı korrupsiya məsələsini yenidən qaldıracağıq. Axı biz pul tökürük, Aİ pul tökür və onun böyük bir hissəsi sadəcə olaraq Ukraynada itib ", - o qeyd edib.

Fitso həmçinin vurğulayıb ki, Volodimir Zelenski münaqişənin davam etdirilməsində maraqlıdır, o cümlədən Ukrayna hazırda kənardan maliyyələşir.

Gülayə Mecid