ABŞ prezidenti Donald Trampın administrasiyası 240 minə yaxın ukraynalını qaçqın statusundan məhrum etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barəsə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.
"ABŞ prezidenti Donald Trampın administrasiyası münaqişədən qaçan təxminən 240 min ukraynalının müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır", - nəşr yazır.
Bu qərar apreldə verilə bilər. Bu, xüsusi əməliyyat başlayandan sonra ABŞ-yə gedən ukraynalılara təsir edəcək və onların ölkədən sürətlə deportasiyasına səbəb olacaq.
Gülayə Mecid