Brüsseldə keçirilən sammit zamanı Aİ liderləri Avropanın 800 milyard avro dəyərində hərbiləşdirilməsi planı barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə birgə bəyanatda deyilir. 

"Aİ liderləri Avropa Komissiyasının müdafiəni gücləndirmək planını təsdiqləyiblər", - deyə sənəddə qeyd olunur. 

Planı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen martın 4-də təklif edib. Təşəbbüs müdafiə üçün 150 milyard avroya qədər borc alan Aİ ölkələrini əhatə edir. Aİ bu pulu kapital bazarlarından borc götürmək və sonra onu kredit şəklində dövlətlərə qaytarmaq niyyətindədir. Bu vəsait Ukrayna üçün hava hücumundan müdafiə sistemləri və silahların istehsalına sərf olunacaq.