Goranboyda 50 yaşlı Türkiyə vətəndaşı ürəktutmadan ölüb.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. TIR-da sərnişin qismində əyləşən 1975-ci il təvəllüdlü Türkiyə vətəndaşı T.M.Kamalpaşa özünü pis hiss edib. O bir neçə dəqiqədən sonra dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Onun ürəktutmadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır