"Ukraynadakı münaqişə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya və Polşa baş nazirləri Key Starmer və Donald Tusk, eləcə də Volodimir Zelenskinin şəxsi hakimiyyətlərini saxlamaq üçün lazımdır". 

"Unikal" xəbər verir ki,  bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. 

"Avropa ölkələrinin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə onlar münaqişənin uzanmasına səbəb olurlar. Amma əslində sözügedən şəxslər özlərini müdafiə edirlər”, – o, qeyd edib. 

Volodinin sözlərinə görə, eyni şey Avropanı yenidən silahlandırmaq planlarını açıqlayan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə də aiddir.

"Nəticələri haqqında düşünmür. Ancaq yalnız hakimiyyətdə necə qalmaq olar, onu düşünür", - Volodin "Telegram" kanalında yazıb. 

Gülayə Mecid