ABŞ Məxfi Xidməti Ağ Evin yaxınlığında silahlı şəxsə atəş açmalı olub. 

"Unikal" xəbər verir ki, insident Vaşinqtonda Ağ Ev yaxınlığında yaşanıb.

Polis intihara meyilli şəxs barədə əvvəlcədən məlumat aldığını bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu Ağ Evin yaxınlığında avtomobildə əyləşərkən aşkar ediblər. Zabitlər yaxınlaşdıqda kişi silahı çıxarıb və bu atışmaya səbəb olub.

Atışma zamanı ABŞ prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsində olub və hücum edəndən başqa heç kim xəsarət almayıb.