"Qurd adam" sindromlu hindistanlı Kişi Ginnesin Rekordlar Kitabına düşüb.

"Unikal" xəbər verir ki, 18 yaşlı Lalit Patidarın üzünün 95 faizindən çoxu tüklərlə örtülüb. O, qeyri-normal saç uzanmasına səbəb olan, canavar sindromu kimi tanınan hipertrikoz adlı nadir xəstəliyə malikdir.

Bu, orta əsrlərdən bəri dünyada qeydə alınan 50 xəstəlik hadisəsindən biridir.

Sinif yoldaşları tərəfindən bulinqə məruz qalmasına baxmayaraq, Lalit xarici görünüşünü qəbul edərək bloq yazmağa başlayıb.