İranda Rusiya, İran və Çin gəmilərinin iştirakı ilə “Dəniz təhlükəsizlik kəməri 2025” adlı hərbi dəniz təlimləri başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dəniz təhlükəsizlik kəməri – 2025” beynəlxalq hərbi dəniz təliminin açılış mərasimi olub.

Açılış mərasimi İran İslam Respublikasının Çabahar limanında baş tutub. Tədbirdə Rusiya Hərbi Dəniz Qüvvələri, İran Hərbi Dəniz Qüvvələri və Çin Xalq Azadlıq Ordusunun gəmi qrupları iştirak edib.