ABŞ dövlət katibi Marko Rubio Polşanın xarici işlər naziri Sikorskiyə cavab verib.
"Unikal" xəbər verir ki, Rubio sosial şəbəkə hesabında yazıb:
“Heç kim Ukraynanı "Starlink"dən ayırmaqla hədələməyib. Bu uydurmadır. Çox sağ ol deyin ki, "Starlink" olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı və ruslar indi Polşa ilə sərhəddə olardı”.
Xatırladaq ki, milyarder İlon Mask ""Starlink"i söndürsəm, Ukraynanın ön cəbhəsi dağılacaq" açıqlamasını vermişdi. Avropanın dörd peyk operatoru isə ABŞ-nin “Starlink” rabitə sistemi bağlanarsa, Ukraynaya kömək etmək variantlarını araşdırır.
Qeyd edək ki, "Starlink" Ykrayna ordusunun əsas rabitə sistemidir.