Avropa İttifaqının Moskvadakı Nümayəndəliyinin birinci katibi Kaisa Mariya Standişin içərisində 435 min rubl olan çantası oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat dərc edib.
Nəşrin məlumatına görə, oğurluq banklardan birinin yaxınlığındakı Presnenskaya sahilində baş verib. Diplomat skamyada əyləşərək yanına 10 min rubl (188 azn) dəyərində "Furla" markasından olan çantasını, içərisində 435 min rubl ( 8 216 azn) və 24 min rubl ( 453 azn) dəyərində qulaqcıqları qoyub. Bu zaman naməlum şəxs onun çantasını oğurlayıb.
Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini müəyyənləşdirir.
Gülayə Mecid