İngiltərə Bankının keçmiş rəhbəri Mark Karni Kanada Liberal Partiyasının liderliyinə seçkilərdə qalib gəlib.
"Unikal" xəbər verir ki, o, Kanadanın eks-baş naziri Castin Trüdonu əvəz edəcək.
Səsvermənin nəticələrinə görə, o, 85,9 faiz səs toplayıb. Yeni lideri Liberal Partiyasının 400 minə yaxın üzvü seçməli idi. Nəticədə 150 minə yaxın insan səs verib.
Yeni baş nazir Donald Trampın ərazi iddiaları fonunda tariflərlə bağlı ABŞ ilə sərt danışıqlarla da üzləşəcək.
Karni qələbədən sonrakı çıxışında Trampı Kanadanı ələ keçirməyə çalışmaqda ittiham edib. Onun sözlərinə görə, bu cəhd dəf edilməlidir: "Amerikalılar bizim resurslarımızı, suyumuzu, torpağımızı, ölkəmizi istəyirlər. Əgər uğur qazansalar, həyat tərzimizi məhv edəcəklər. Amerika Kanada deyil. Kanada heç vaxt heç bir şəkildə və ya formada Amerikanın bir hissəsi olmayacaq", - Karni deyib.
Ağarza Elçinoğlu