Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya səfirliyinin nümayəndəsini casusluq əlamətlərinə görə akkreditasiyasının ləğvi ilə əlaqədar çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi kəşfiyyat fəaliyyəti əlamətlərinə görə akkreditasiyasının ləğvi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb", - idarənin açıqlamasında deyilir.
Bundan əvvəl məlum olmuşdu ki, Böyük Britaniya səfirliyinin iki əməkdaşı - Alkeş Odedru və Maykl Skinner qanunsuz fəaliyyətə görə akkreditasiyadan məhrum edilib.