Avstraliya Ukraynaya sülhməramlıların göndərilməsi variantını nəzərdən keçirməyə hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Marles bildirib.

"Sülhməramlılarla bağlı müraciət olarsa, biz buna müvafiq qaydada baxacağıq", - nazir qeyd edib. 

Marles əlavə edib ki, Kanberra münaqişə başlayandan Kiyevi dəstəkləyir.