"Rusiya İran-ABŞ nüvə sazişi üzrə dialoqun sülh yoluna keçməsi üçün əlindən gələni etməyə davam edəcək".
"Unikal" xəbər verir ki, müvafiq bəyanatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"İran suveren ölkədir və onlar xarici siyasət məsələlərində öz mövqelərini formalaşdırırlar. Qarşıda gərgin təmaslar var ", - Peskov qeyd edib.
Onun sözlərinə görə, Tehran qarşılıqlı hörmətə əsaslanan danışıqlara can atır. Peskov əlavə edib ki, Rusiya nizamlanma prosesinin sülh yolu ilə getməsi üçün əlindən gələni edəcək.
Bundan əvvəl iranlı Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmaq təklifini rədd edib.