Sankt-Peterburq himninin sözlərinin müəllifi, şair Oleq Çuprov 86 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Yazıçılar İttifaqının Sankt-Peterburq bölməsinin sədri Boris Orlov bildirib 

Çuprov Komi MSSR Priluzski rayonunun Obyaçevo kəndində anadan olub. Uşaqlığı və gəncliyi orta məktəbi bitirdiyi Ust-Tsilmada keçib. 1959-cu ildə Leninqrad Universitetinə daxil olub, radio jurnalisti kimi fəaliyyətə başlayıb. 1965-ci ildə A. M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub və 1974-cü ildə oranı bitirib. O, 1960-cı illərdə peşəkar şəkildə yazmağa başlayıb.

Onun şeirlərinə bəstələnən mahnıları Müslüm maqomayev də ifa edib. 

2003-cü ildə onun şeiri Sankt-Peterburqun himni kimi qəbul edilib.