Finlandiya hökuməti Ukraynaya ümumilikdə 16 milyon avro həcmində humanitar yardım yollayıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri XİN-ə istinadən məlumat yayıb.
Məlumata görə, yardım Kiyevə BMT-nin humanitar strukturları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə təhvil veriləcək.
Qeyd edilir ki, bundan əvvəl, yanvarın 31-də Finlandiya Müdafiə Nazirliyi Ukraynaya ümumi dəyəri 198 milyon avro olan 27-ci hərbi yardım paketinin ayrıldığını elan etmişdi.