Oval kabinetdə baş verən kostyum mübahisəsindən sonra Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa üzrxahlıq məktubu göndərib.

"Unikal" xəbər verir ki, bunu Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff deyib. O qeyd edib ki, üzrxahlıq xüsusilə Amerikanın Ukraynaya hərbi yardımını dayandırması fonunda ölkələr arasında münasibətlərin bərpası üçün mühüm addım olub.

“Mən bunu tərəqqi adlandırardım. Ümid edirəm ki, biz razılığa gələ bilərik”, - deyə o əlavə edib.