Gəncədə 15 yaşlı oğlan yol qəzasında xəsarət alıb.
"Unikal"ın məlumatlna görə, hadisə şəhərdə yerləşən bankların birinin qarşısında baş verib.
Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Şəmkir rayon sakini 2010-cu il təvəllüdlü E.Rəhimlini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov