Tanınmış cərrah, 5 saylı Şəhər xəstəxanasının həkimi Ramiz Məlikov dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. 

Ramiz Məlikov uzun sürən ağır xəstəlikdən vəfat edib. 

Mərhum sabah Cəlilabad rayonu Şatırlı kəndində dəfn olunacaq.