Bu gün İmişlinin şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

"Unikal"ın məlumatına görə, İmişli QPS-dən qidalanan M.Müşfiq və Ə.Şıxlinski küçələrində müxtəlif diametrli qaz xəttlərində qaz sızmalarının ləğvi və təmir işlərinin görülməsi məqsədilə əlaqədar saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan küçələrdə (573 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.