Türkiyə KİV-nin nümayəndələri Ermənistana İrəvanın təşəbbüsü ilə gediblər. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, türkiyəli jurnalistlər Ermənistanın dövlət büdcəsindən ayrılan vəsait hesabına Ermənistanın baş naziri Nikol Paşinyandan müsahibə alıblar: "10 media orqanı var idi, məqsəd Ermənistanın bölgədə sabit sülhün bərqərar olması və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair yanaşmalarını mümkün qədər birbaşa və ətraflı şəkildə daha geniş türk ictimaiyyətinə təqdim etməkdir.

Təşəbbüs İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzindən olub. Biz ən nüfuzlu KİV-ləri tapmağa çalışdıq, redaksiyalarla əlaqə saxladıq, onlar da müvafiq jurnalistləri göndərdilər".

Xatırladaq ki, dünən Nikol Paşinyan Türkiyə mətbuatına müsahibə verdiyi barədə bəyanat yayıb.

Ağarza Elçinoğlu