Zaqatala rayonunun Muxax kəndi ərazisində “Niva”, “Mercedes” və “Ford” markalı inkassator maşınları toqquşub.

"Unikal" xəbər verir ki, nəticədə “Niva”nın sürücüsü, 1959-cu il təvəllüdlü Zaqatala rayonu Sabunçu kənd sakini Yunusov Şəmsəddin Şahmur oğlu aldığı xəsarətlərdən ölüb. 

Xəsarət alanlar

1. "Mercedes"in sürücüsü  Zaqatala rayon Zəyəm kənd sakini 1963-cü il təvəllüdlü İsmayılov Xudaverdi Oruc oğlu

2.Əhmədova Zümrüd Mustafa qızı-1978 ( Nivadakı sərnişin) 

3.Məmmədova Şəhla Şəmsəddin qızı-1987 (Nivadakı sərnişin)

4.Allahverdiyev Şükür Elxan oğlu-1986 ( inkassatordakı sərnişin)

5. "İnkassator"un sürücüsü Süleymanov Elşən Araz oğlu-1980 Yevlax rayon sakini 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

*** 

Zaqatalada zəncirvari qəza baş verib. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Qax-Zaqatala yolunun Muxax kənd ərazisindən keçən hissəsində qeydəm alınıb. Belə ki, hərəkətdə olan  "Niva", Mersedes" və "İnkassator" markalı avtomobillər toqquşub. Hadisə zamanı "Niva"nın sürücüsü  hadisə yerində 1959-cu il təvəllüdlü Yunusov Şəmsəddin Şahmur oğlu dünyasını dəyişib.

Xəsarət alanlar isə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli