Xəbər verdiyimiz kimi, "Yelo Bank"ın filial müdirinin müştərini döydüyünə dair məlumat yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır:

"Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - deyə o qeyd edib.

Murad İbrahimli

***

14:15

“Yelo Bank”ın filialında müdir müştərini döyüb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində paylaşıb.

O qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib. 

"Yelo Bank"dan saytımıza bildirilib ki, məsələ ilə bağlı hərtərəfli araşdırma aparılır.