Yevlaxdakı qətl hadisəsini törətməkdə şübhəli bilinənlər saxlanılıb.

"Unikal"ın məlumatına görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüd Mustafazadə Məhəmməd, 2009-cü il təvəllüdü Mustafalı Həsən və 2007-ci təvəllüdlü Quliyev Rəhim polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

*** 20:03

Yevlaxda qətl hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində qeydə alınıb. Tərəflər arasında yaranmış mübahisə davaya səbəb olub. Nəticədə 2008-ci il təvəllüdlü Ayxan Quliyev bıçaqlanaraq öldürülüb. 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə xəsarətlər alıb. Xəsarət alan şəxs Yevlax mərkəzi xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.