TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə dünən baş vermiş avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Bu barədə "Unikal"a qurumdan bildirilib.
Qeyd edək ki, Sevil Abdulla qızı Abdullazadə 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasının(DİA) tələbəsi adını qazanıb. O, əslən Ağstafa rayonunun Dağkəsəmən kəndindən olub.