Zaqatala rayonunun Muxax kəndi ərazisində “Niva”, “Mercedes” və “Ford” markalı inkassator maşınları toqquşub.
"Unikal" xəbər verir ki, nəticədə “Niva”nın sürücüsü, 1959-cu il təvəllüdlü Zaqatala rayonu Sabunçu kənd sakini Yunusov Şəmsəddin Şahmur oğlu aldığı xəsarətlərdən ölüb.
Xəsarət alanlar
1. "Mercedes"in sürücüsü Zaqatala rayon Zəyəm kənd sakini 1963-cü il təvəllüdlü İsmayılov Xudaverdi Oruc oğlu
2.Əhmədova Zümrüd Mustafa qızı-1978 ( Nivadakı sərnişin)
3.Məmmədova Şəhla Şəmsəddin qızı-1987 (Nivadakı sərnişin)
4.Allahverdiyev Şükür Elxan oğlu-1986 ( inkassatordakı sərnişin)
5. "İnkassator"un sürücüsü Süleymanov Elşən Araz oğlu-1980 Yevlax rayon sakini
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
Zaqatalada zəncirvari qəza baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Qax-Zaqatala yolunun Muxax kənd ərazisindən keçən hissəsində qeydəm alınıb. Belə ki, hərəkətdə olan "Niva", Mersedes" və "İnkassator" markalı avtomobillər toqquşub. Hadisə zamanı "Niva"nın sürücüsü hadisə yerində 1959-cu il təvəllüdlü Yunusov Şəmsəddin Şahmur oğlu dünyasını dəyişib.
Xəsarət alanlar isə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli