Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatı müzakirəyə çıxarılıb.

"Unikal" xəbər verir ki, müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.

***11:00

Milli Məclisdə hökumətin hesabatı müzakirə olunur.

"Unikal" xəbər verir ki, Milli Məclisin plenar iclası öz işinə başlayıb.

İclasın gündəliyinə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi daxil edilib.

İclasda Baş nazir Əli Əsədov hökumətin hesabatını təqdim edəcək. İclasda hökumət üzvləri də iştirak edirlər.

Anar Kəlbiyev