Kanadanın keçmiş baş naziri Castin Trüdo Ottava parlamentindəki ofisini tərk edib. Martın 13-ü onun baş nazir kimi son günü idi.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kanadalılar Trüdonu yola salmaq üçün parlament qarşısına toplaşıblar.  

Onlar "Cəhənnəmə get!", "Çıx get" və "Yaxşı qurtuldun" kimi şüarlar səsləndiriblər. 

Bildirək ki, Trüdo on il hakimiyyətdə qaldıqdan sonra yanvar ayında istefasını elan etməyə məcbur olub. Səbəb olaraq isə siyasətçinin aşağı reytinqləri, inflyasiya, o cümlədən Ukraynaya dəstək məsələləri olub. 

Gülayə Mecid