Çin Ermənistan və Azərbaycan arasında sülh prosesində müsbət irəliləyişi alqışlayır.
"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq sosial şəbəkə hesabında yazıb.
"Ermənistan və Azərbaycan Cənubi Qafqaz regionunda mühüm ölkələrdir və Çinin yaxşı dostu və tərəfdaşıdır. Çin səmimi qəlbdən ümid edir ki, iki ölkə münaqişə və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll edə, regionda davamlı sülh, inkişaf və rifaha töhfə verə bilər", - bəyanatda deyilir.
Ağarza Elçinoğlu