"ATƏT-in Minsk Qrupu ilə bağlı mövqeyimiz məlumdur: hesab edirik ki, münasibətlərin normallaşmasından sonra, Sülh sazişinin imzalanması kimi mühüm addımdan sonra hesab edə bilərik ki, institusional baxımdan artıq münaqişəyə son qoyulub".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Parlamentdə 2024-cü il büdcəsinin icrasının müzakirəsi zamanı deyib.

"Və indidən deyə bilərik ki, Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Mən öz mövqeyimizi bir daha açıq şəkildə bildirmək istəyirəm ki, sülh sazişi imzalanandan sonra Minsk Qrupunun gələcək fəaliyyəti ilə bağlı bizim də ehtiyatlarımız olacaq".

Ağarza Elçinoğlu