Hondurasda sərnişin təyyarəsinin dənizə düşməsi nəticəsində göyərtəsində olan 17 nəfərdən 12-si həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb. 

"Roatanda təyyarə qəzası nəticəsində 12 nəfər ölüb, 5 nəfər sağ qalıb ", - idarənin yaydığı məlumatda qeyd olunub. 

Polis rəsmiləri əlavə edib ki, həlak olanların cəsədləri artıq sahilə çıxarılıb.