Türkiyənin "Beşiktaş" klubu yay transfer dönəmində heyətində köklü dəyişikliklər etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda səkkiz futbolçusu ilə yollarını ayırmağı nəzərdə tutur.

"Beşiktaş" Joao Mario, Aleks Oksleyd-Çemberleyn, Ciro İmmobile, Qabriel Paulista, Ernest Muçi, Baxtiyor Zaynutdinov, Salih Uçan və Onur Bulutla əməkdaşlığa son qoyacaq.

"Qara qartallar" bu futbolçularla vidalaşmaqla həm maaş büdcəsini azaltmağı, həm də yeni transferlər üçün vəsait toplamağı planlaşdırır.