İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu saxlanılıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları İstanbul merinin iqamətgahında axtarış aparır.
Məlumata görə, İmamoğlu ilə birlikdə onun mətbuat müşaviri Murat Onqun da nəzarətə götürülüb.
Bunun fonunda İstanbulda bir çox metro stansiyaları bağlanıb. Sosial şəbəkələrə daxil olmaq çətinləşdirilib. İstanbul Prokurorluğunun məlumatına görə, İBB sədri Ekram İmamoğlunun Xalqların Demokratik Konqresi (HDK) çətir təşkilatı ilə ittifaq qurduğuna dair təsbitlərin, terror təşkilatı HDK-nın yerli media tərəfindən İstanbul seçkilərinə dəstək verdiyi açıqlanıb.
Gülayə Mecid