Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfər dəvətini qəbul edib.
"Unikal" xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
"Rusiya Prezidenti bu dəvəti minnətdarlıqla qəbul etdi. Lakin diplomatik kanallar vasitəsilə hələlik səfərin tarixləri razılaşdırılmayıb. Bu həftə yüksək səviyyəli təmaslar planlaşdırılmayıb", - deyə o, brifinqdə bildirib.
İstanbulda saxlanılan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək üçün keçirilən etirazlara gəlincə, Peskov qeyd edib ki, bu, Türkiyənin suveren məsələsidir. O, Rusiyanın başqa ölkələrin daxili işlərinə qarışmadığını da vurğulayıb.
Ağarza Elçinoğlu