Nikol Paşinyanın “Sülh sazişi”nin razılaşdırılmış variantını imzalamağa hazır olduğunu deməsi birtərəfli bəyanat deyil.
"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
"Ermənistan sülh gündəmini irəli sürməkdə davam edir. Bilirsiniz ki, "Sülh müqaviləsi"nin bütün maddələri razılaşdırılıb və baş nazirin təmsil olunduğu Ermənistan hökuməti həmin mətni imzalamağa hazır olduğunu bəyan edir. Ermənistan günün vaxtının dəqiqləşdirilməsi və digər məsələlərlə bağlı texniki müzakirələrə başlamağa hazırdır", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu