Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğu iki ayrı istintaq çərçivəsində İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli rayon Bələdiyyə Başçısı Rəsul Emrah Şahan və Beylikdüzü rayon Bələdiyyə Başçısı Mehmet Murat Çalık da daxil olmaqla 106 nəfəri saxlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Qeyd olunub ki, artıq Əkrəm İmamoğlunun ifadə vermə prosesi başlayıb: "İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu İstanbul Polis Bölməsində ifadə verir". 

Ağarza Elçinoğlu