Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İstanbul Təşkilatının iftarında açıqlamalar verib.
"Unikal" xəbər verir ki, Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan "Korrupsiya" və "Terror" istintaqı ilə bağlı CHP-ni sərt sözlərlə tənqid edib.
"CHP yayılan çirkinliyə cavab verə bilməz. Cənab Özəl, indi kimin kürəyindən bıçaqlayacaqsan? Biz ayrılıqları alovlandıran və qütbləşməni dərinləşdirən tərəfdə deyil, qucaqlaşma, sevgi və qardaşlığı tərənnüm edən tərəfdə dayanacağıq. Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbrdən, sakitlikdən əl çəkməyəcəyik. Bizim bələdiyyələr korrupsiyanın tərəfində olmayacaq. Bələdiyyələrimiz haqsızlığın tərəfində olmayacaq. Nəyin doğru, nəyin halal, nəyin haram olduğunu bilməklə xalqına xidmət edəcək", - deyə Türkiyə lideri ifadə edib.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özeldir (2023-cü ildən bəri).
Gülayə Mecid