Ukrayna millətçiləri istədikləri kursdan çıxsa, hərbi çevriliş edə və Ukrayna prezidenti Volodimir Zelenskini devirə bilərlər.

"Unikal" xəbər verir ki,  bunu Rod-Aylend Universitetinin professoru Nikolay Petro deyib. 

Onun sözlərinə görə, bu və ya növbəti Ukrayna hökuməti siyasi arenada problemlərlə üzləşə bilər. Ekspert hərbi çevriliş və ya üsyanı da istisna etməyib.

Petro qeyd edib ki, Ukraynanın batdığı qanunsuzluq və millətçilərin özləri arasında parçalanma artıq zorakılığın artması ilə nəticələnib.