Kanadanın baş naziri Mark Karni bazar günü baş qubernatordan parlamenti buraxmağı və seçki kampaniyasına rəsmən başlamağı xahiş etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CBC telekanalı məlumat yayıb.
Jurnalistlərin fikrincə, Kanada qanunlarına əsasən seçki kampaniyasının minimum müddəti 37 gün olduğu üçün seçkilər aprelin 28-də baş tutacaq. Qanunda səsvermənin bazar ertəsi keçirilməli olduğu, təşviqat müddətinin 37 gündən 51 günə qədər davam etməsi nəzərdə tutulur.
Xatırladaq ki, martın 14-də İngiltərə Bankının keçmiş qubernatoru Mark Karni rəsmi olaraq Kanadanın Baş naziri kimi and içib.