Fevralın 14-də xəstəxanaya yerləşdirilən Papa Fransisk beş həftədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
"Unikal" xəbər verir ki, Papa ənənəvi bazar günü xeyir-duasını vermək üçün Romadakı Agostino Gemelli xəstəxanasının pəncərələrindən birinin eyvanında görünüb.
Xəstəxananın qarşısına isə yüzlərlə adam toplaşıb. “Hamınıza təşəkkür edirəm”, - deyə o bildirib.
Qeyd edək ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilmiş, ona polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.