Qax rayonunda 1963-cü il təvəllüdlü qadın vurulan iynədən şoka düşərək ölüb.

"Unikal" xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.