Türkiyə Millətlər Liqasının pley-off mərhələsinin cavab görüşündə səfərdə Macarıstan komandasını 3:0 hesabı ilə məğlub edib.

"Unikal" xəbər verir ki, matçda qolları Hakan Çalhanoğlu, Arda Gülər və Abdülkerim Bardakcı vurublar.

Mərhələnin ilk görüşü də Türkiyə yığmasının 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

Bu qalibiyyətlərdən sonra Türkiyə A liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Türkiyə tarixində ilk dəfə A liqasında mübarizə aparacaq.