Türkiyə Rusiyanın ABŞ-nin 30 günlük atəskəs təklifi ilə qismən razılaşmasını müsbət qiymətləndirir.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, bu, sülhə gedən yolda mühüm addım ola bilər.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə müharibənin ilk günündən etibarən tərəflər arasında balanslı davranır: “Ədalətli sülhün yaxın zamanda təmin olunmasına ümid edirik”.