"Bürc Xəlifə"nin iki ən yüksək yaşayış mərtəbəsində yerləşən təxminən 2000 kvadrat metrlik dupleks penthaus 51 milyon dollara satışa çıxarılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səmadakı meqa malikanə dünyanın ən hündür yaşayış yerlərindən biridir və səs-küylü Business Bay bölgəsinin, Ərəb körfəzinin və səhranın maneəsiz 360 dərəcə mənzərəsini təqdim edir.
Məlumata görə, penthausda həmçinin 12 xüsusi parkinq yeri və"Bürc Xəlifə"dəki yeganə şəxsi lift vasitəsilə eksklüziv çıxışla təmin olunur.
Fərdi yaşayış sahəsi ilə yanaşı, alıcılar "Bürc Xəlifə"nin dəbdəbəli imkanlarından, o cümlədən şəxsi sakinlər üçün istirahət otağından, fitnes mərkəzindən, tennis kortlarından, abadlaşdırılan bağlardan və 24 saat konsyerj xidmətindən istifadə edə biləcəklər.
Penthaus on ildən artıqdır boşdur və güman edilir ki, yüksək profilli bir şəxs üçün ayrılıb.