"Serj Sarkisyan noyabrın 9-dan sonra küçəyə atılıb mənə “kapitulist” dedi". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətlə sual-cavab saatı zamanı Qarabağ məsələsinə toxunarkən deyib. 

"Deməli, o andan etibarən Serj Sarkisyanın 2018-ci ildə tərk etdiyi danışıqların məzmununda kapitulyasiyadan başqa eyni məntiqlə formalaşdırıla biləcək hər hansı bir hərəkət yox idi. Yəni bir nömrəli kapitulator prosesi elə bir həddə çatdırıb ki, onun təslimiyyət adlandırmasından başqa çıxış yolu yoxdur. Əgər varsa, gəlib o hərəkəti etsin. Onların bütün işi səbəb olduqları təslimiyyəti başqalarına, xüsusən də mənim üstümə atmaq idi. 

Əgər mübahisə etməyin bir mənası yoxdursa, sadəcə oturun yerinizdə. Mübahisə edirsənsə, danışaq. Mən sizinlə mübahisə etməyəcəyəm, sizi divara elə vuracam ki, siyasi meyitinizin qalıqları eksqumasiya olunacaq. Bu, sizin üçün də aiddir.

Onlar bunu bilirlər, ona görə də mübahisə etməyə gəlmirlər",- deyə Paşinyan açıqlayıb. 

Ağarza Elçinoğlu