Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezaşkian arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında ikitərəfli məsələlər müzakirə olunub. Həmçinin regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ərdoğan vurğulayıb ki, Ankara ikitərəfli münasibətlərin inkişafı üçün səylərini davam etdirəcək. Telefon danışığı zamanı Türkiyə lideri həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.