Ramazan bayramı müqəddəs torpaqlarda coşqu ilə qarşılanıb.

"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Ramazan ayını Səudiyyə Ərəbistanında keçirən 4 milyondan çox müsəlman Kəbədə birləşib. Gecə yarısından etibarən Kəbə ətrafında toplaşanlar Ramazan ayının sona çatması ilə Məscid-ül Həramda bayram namazını qılıblar.

Namazı qıldıran məscidin imamı Əbdürrəhman Sudeysi bayram münasibətilə təbriklərini çatdıran xütbə verib.