İran ABŞ-ın istənilən hücumuna cavab olaraq Dieqo Qarsiyada yerləşən ABŞ-Böyük Britaniya hərbi dəniz bazasına zərbə endirəcək.

"Unikal" xəbər verir ki, bu barədə “The Telegraph”ın İranın yüksək rütbəli hərbi rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi ABŞ tərəfindən İrana hücum edilərsə, Hind okeanındakı Britaniya-Amerika hərbi dəniz bazasının vurulacağını deyib:

“İrana hücum edilərsə, Britaniya və ya ABŞ qüvvələrinin hədəfə alınmasında heç bir fərq olmayacaq. Əgər bazanız amerikalılar tərəfindən istifadə edilərsə, hədəfə alınacaqsınız”.